Jose Saramago - Korluq

Qalan Say: 0 ədəd
Yazar: Jose Saramago
Kitab adı: Korluq
Janr: Bədii Ədəbiyyat, Dram, Qorxu-Gərilim, Roman
Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Hadisələr Anonim Bir Ölkənin Naməlum Şəhərində Baş Verir. İnsanların Kim Olması Vacib Deyil. Bir Gün Avtomobili Ilə Işıqforda Dayanan Adı Açıqlanmayan Bir Adam Yaşıl Işığın Yanmasını Gözləyərkən Birdən Kor Olur. Ancaq Bu Adi Korluq Deyil. Çünki Gözləri Qaranlığa Deyil, Aydınlığa Yəni Ağa Bürünür. Nə Edəcəyinə Təəccüblənən Adam Birbaşa Xəstəxanaya Gedir. Korluq Təəssüf Ki, Yoluxucu Olur. Onu Müayinə Edən Həkim Də Bundan Öz Payını Alır. Sonra Bu Xəstəlik Bütün Şəhəri Öz Təsiri Altına Almağa Başlayır. Digər Tərəfdən, Hökumət Kor Olanları Həbsxana Kimi Yerdə Karantinə Alır.

Nəşr Edildikdən Sonra Avropada Böyük Ajiotaj Yaradan Əsərin Arxa Fonunda Çox Böyük Ictimai-Siyasi-Mədəni Tənqid Dayanır. Təkcə Ədəbi Yaradıcılığı Ilə Deyil, Siyasi Fəaliyyəti Ilə Də Seçilən, Həyatının Sonuna Qədər Kommunizmə, Sol Ideyalara Sadiq Qalan Portuqal Yazıçının Bu Romanı Yeni Dövrə, Kapitalizmə Və Onun Gətirdiyi Naqisliklərə Qarşı Yazılmış Ən Möhtəşəm Əsərlərdən Biri Sayılır. Amma Ədəbi Əsəri Təkcə Hansısa Ideologiyanın Çərçivələrində Şərh Eləmək Də Düzgün Olmazdı.
Dahiyanə «Korluq» Romanını Oxuyan Istənilən Dünyagörüşə Sahib Oxucu Orada Özü Üçün Faydalı, Öz Dünyasının Qaranlıq Bucaqlarına Işıq Salan Fikirlərlə Qarşılaşacaq. Bu Roman Müasir Ədəbiyyatın Şedevrlərindən Biri Sayılır.

Teqlər: #Jose #Saramago #Korluq
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Uşaq travmatoloq həkim - ortoped İftixar Qurbanov