Əli Ildırımoğlu - Közərən Sətirlər

Qalan Say: 0 ədəd
Yazar: Əli Ildırımoğlu
Kitab adı: Közərən Sətirlər
Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Yazıçının Daha Bir Maraqlı Xatirə Romanı-"Közərən Sətirlər"Də Yaşanan Və Artıq Əlçatmaz Olan Çox Dəyərli Keçmişin Oduna-Közünə Qızınmaq Arzusu Da Boy Göstərir, Yaddaş Deposunda Toplanan Qiymətli Xəzinəni Hər Kəslə Bölüşmək Istəyi Də...Burada Bəlkə Də Hansısa Məqamda Hansısa Xatirə, Yaxud Fikir Həddən Artıq Mühafizəkar, Konservativ Təsir Bağışlaya Bilər. Lakin Zaman Göstərib Ki, Qiymətli Hesab Olunanı Mühafizə Etməyə, Qorumağa Cəhd Edərlər, Axı Ata-Babalarımız Da Yaxşı Bilirdilər Ki, "Açıq Qaba It Də Baş Salar" Və "It Dəymiş Ayran" Nə Də Olsa Artıq Gözdən Düşmüş Sayılır...Bəlkə Elə Əlimizdə Olanların Qiymətini Anlamadığımızdandı Səhvlərimiz, Xətalarımız Da. Və Itirəndən Sonra "Erməni Əsirliyində Əzab Çəkən Bakirə Dağların Əli Didib-Qanadan Qaratikan, Gəvən Kolları Da" Adama Doğma Olur...



Əli İldırımoğlu Digər Əsərlərində Olduğu Kimi "Közərən Sətirlər"Də Də Azərbaycan Dilinin Incəliklərinə, Az Işlənən Qatlarına, Artıq Unudulmaqda Olan Idiom, Frazeologizm Və Xalq Ifadələrinə Yenidən Həyat Verir.Və Bütün Bunların Vasitəsilə Növbəti Kişilik Kitabı Ərsəyə Gətirilir. Bu Kitabda Şəxsi Tərcümeyi-Halın Və Yaşantıların Fonunda Xalqın Minillik Ənənələrindən, Mərdlik, Qonaqpərvərlik, Sədaqət, Dözüm, Gözütoxluq, Mərhəmət Kimi Insani Keyfiyyətlərdən Bəhs Olunub, Həqiqi Eşqdən, Qadınlıq Və Kişilik Etalonlarından Söz Açılıb.

Teqlər: #Əli #Ildırımoğlu #Közərən #Sətirlər
Bu vebsayt Jest Studio tərəfindən hazırlanmışdır.
Uşaq travmatoloq həkim - ortoped İftixar Qurbanov