Qalan Say: 0 ədəd Yazar: Möhbəddin Səməd Kitab adı: İslam Rzayev Qiymət: günü 20 qəpik
Kitab haqqında:
İslam Rzayev 11 Noyabr 1934-Cü Ildə Füzuli Rayonunun Sərdarlı Kəndində Dünyaya Gəlmişdir. Qarabağ Xanəndəlik Məktəbinin Layiqli Davamçılarından Biri Olmuşdur. Onun Səsini Ilk Dəyərləndirən Seyid Şuşinski Olmuşdur. Peşəkar Musiqi Təhsilini Bakıda Asəf Zeynallı Adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Almış (1951-1956), Seyid Şuşinskinin Sinifində Muğam Dəstgahlarını Mükəmməl Öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan Və Həqiqət Rzayevadan Muğam Dərsləri Almış, Sənətini Təkmilləşdirmişdir. Daha Sonra 1976-Cı Ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu Bitirmişdir.
1958-Ci Ildən Ömrünün Sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Solisti Kimi Fəaliyyətə Göstərib. Pedaqoji Işlə Də Məşğul Olmuş, Yetirdiyi Tələbələr Xanəndəlik Məktəbinin Layiqli Davamçıları Kimi Tanınmışlar. İslam Rzayevin Təşəbbüsü Ilə 1989-Cu Ildə Bakıda Ilk Dövlət Muğam Teatrı Yaradılmışdır. Həyatının Sonunadək Muğam Teatrının Bədii Rəhbəri Vəzifəsində Çalışıb. Teqlər: #Möhbəddin#Səməd#İslam#Rzayev