Qalan Say: 0 ədəd Yazar: Səxavət Talıblı Kitab adı: Adəmin Övladları Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Əsərdə Xeyli Sayda Obrazlar Var. Yazıçının Sənətkarlığı Orasındadır Ki, O Obrazların Hamısının Özünməxsus Psixologiyasını Yaradıb. Hadisələrin Qarışıqlığına, Obrazların Sıxlığına Baxmayaraq, Əsərin Kompazisiyası Çox Sadədir. Bütün Obrazlar Və Ayrı-Ayrı Sujetlər Vahid Bir Xəttə - Bütün Insanların Eyni Kökdən Ibarət Olduğuna Xidmət Edir. Erməni Və Azərbaycan Münaqişəsinə Görə Əsər Cəfər Cabbarlının "1905-Ci Ildə" Əsəri Ilə Uzlaşır. Ötən Əsrin Əvvəlində Baş Verən Hadisələrin Əsrin Sonunda Təkrarlanması Onu Göstərir Ki, Mahiyyət Eyni Problemdədir, Aradan 100 Il Keçməsinə Baxmayaraq, Yenə "Atan Kazaklardır". 20-Ci Əsrin Əvvəlində Cəfər Cabbarl, 21-Ci Əsrin Əvvəlində Isə Səxavət Talıblı - Eyni Məsələyə Eyni Prizmadan Yanaşır.
Əsərin Dili Aydın Və Sadədər. Yalançı Pafos Və Quru Vətənçilik Məsələsindən Yüz Ağac Uzaq Olan Əsər Əfqanıstan Və Qarabağ Müharibəsinin Paralelliyində Bir Sıra Gizli Mətləbləri Önə Çıxarır. Müharibədə Ölüm-Dirim Mübarizəsinə Qalxan Səməd, Segey, Dara, Valya, Şamo, Mayor Sokolov Adəmin Övladları Olduğuna Görə Eyni Taleyi Müxtəlif Cür Yaşayır. Əslində Əsərin Tədqiqat Obyekti Insanları Müharibə Əzablarına Düçar Edən Rejimdir. Hər Şey Mövcud Rejmin Üzərində Qurulub. Ən Qabarıq Obraz Olan Səməd Və Şamo Surətləri Eyni Zamanda Yaşasalar Da Və Bir-Birinə Əks Olsalar Da, Heç Biri Öz Mübarizəsindən Əl Çəkmir, Biri Xeyirxah (Səməd), Digəri Isə Kin, Nifrət (Şamo) Mənbəyidir. Onlar Mövcud Dünyanın Əsas Görüntüsü Kimi Əsər Boyu Oxucuların Diqqətini Özündə Cəmləyir. Teqlər: #Səxavət#Talıblı#Adəmin#Övladları