Qalan Say: 0 ədəd Yazar: Mahir Bayram Kitab adı: Bu Dünya Belədirmi? Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Məndən Sizə Əmanət; «Yalan Ayaq Tutar, Yeriməz» Yalanına Inanmayın. Bu Ifadə Sadəcə Təsəllidir. Reallığın Boş Qalmış Yerinə, Həmişə Təsəlli Əyləşir. Əyləşsə Də, Təsəlli Şeytan Kimi Həmişə Reallıqdan Qaçır. Qaçırsa, Demək, Bizə Verəcəyi Töhvə, Reallığa Uygun Olmaya Bilər. Amma, Neyləyək Ki, Biz, Sadəcə, Yalanla Özümüzü Yaşatmağa Məhkumuq. «Yalan Dünya!» Yalan Öz Gücünü Və Reallığın Yanındakı Yerini Saxlamağa Qadirdir. Çünki, O, Rəngarəng Və Çoxtərəflidir. Harada Hansı Rəngin Və Ya Hansı Tərəfin (Üzün) Işə Yaraması Öz Yerini Məqamındaca Tapacaq. Böyük Dövlətlərin, Dinlərin Yaşam Özəyində Yalan Dayandığı Kimi, Siyasətin Də Tərkibindəki Yalanın Həcmi, Onun Əhatə Edəcəyi Ərazilərin Həcmi Ilə Düz Mütənasibdir…
Elmin Bu Günkü Nəticələrinə Də Baxsaq, Mənzərə Bu Cürdür; - Bizim Məntiqimiz Makro Və Mikro Mühitlərdə Bir Növ Yalana Çevrilir! Fikir Verin, Klassik Fizikanın Qanunları Və Məntiqi Elektrodinamikada, Müasir Dalğa Optikasında, Kvant Fizikasında, Nisbilik Nəzəriyyəsində, Kosmik Qaydalarda Demək Olar Ki, Bir Işə Yaramır, Qanunlar, Qaydalar, Məntiqlər Düz Gəlmir! Yaxşı, Onda Necə Başa Düşək, Klassik Fizika, Nyuton Fizikası Yalandırmı? Aristotelin Dəmir Məntiqi Də Xeyli Büdrəyərək, Öz Yerini Lütfi Zadə Məntiqinə – Qeyri-Səlis Məntiqə Uduzmuşdur! Bəs, Niyə Belə? Həqiqət Əgər Birdirsə, 2+2=4 Deyiriksə, Bəs Bütün Bunlar Nə Deməkdir? İnandığımız Və Güvəndiyimiz Möhtəşəm Elm Aləmində Bunlar Bir-Birilərini «Inkar» Edirlərsə, Bəlkə Hamısı Yalandır? Teqlər: #Mahir#Bayram#Dünya#Belədirmi?