Qalan Say: 0 ədəd Yazar: Vüsal Kamil Kitab adı: Soyuq Cəhənnəm Janr: Detektiv Qiymət: günü 20 qəpik
Kitab haqqında:
Onun Həyatı Heç Vaxt Rahat Olmayıb. Dəfələrlə Müxtəlif Ölüm Zəmanətli Tapşırıqlardan Sağ Çıxa Bilib. Ən Müəmmalı Işlərin Öhdəsindən Layiqincə Gəlib. Təmkinini Qoruyub Və Düzgün Qərarlar Verə Bilib. O, Özünü Daima Məğlubedilməz Sayır. Hər Şey Ona Adi Gəlir Və Onun Üçün Açıla Bilməyən Cinayət Yoxdu. Təki Sualı Düzgün Verə Biləsən. Onu-Peşəkar Prokuroru Heç Nə Təəccübləndirə Bilməz. Ta Ki, Soyuq Cəhənnəmlə Tanış Olana Qədər.
Soyuq Cəhənnəm Həyat Standartlarından Kənarda Yerləşən, Cəmiyyətin, Yaşayışın Heç Bir Əlamətinin Sezilmədiyi, Arzuların, Xəyalların Puç Olduğu, Neçə-Neçə Talelərin Yarım Qaldığı, Həyatın Kənarda Qaldığı, Cəmisi 70-80 Nəfər “Əhalisi” Olan, Allahın Və Əzrailin Tamamilə Unutduğu Bir Yerdi. Buranın Sakinləri Həyatla Ölüm Arasında Sadəcə Gözləmək Və Əzab-Ağrı Çəkməklə Məşğuldurlar. Həqiqi Mənada Gözəlliyin Itib, Çirkinliyin Qaldığı Yerdi Buralar. Buradakıları Heç Kim, Heç Vaxt Ziyarət Etmir. Buradakıların Hər Birinin Qəbri Var, Hər Birinin Ölüm Tarixi Onlar Bu Yerlərə Məcburi Yerləşdirilən Tarixə Qeyd Olunub. Onlar Məcburi Qaydada Cəmiyyətdən Təcrid Olunublar, Hər Biri “Edam” Gününü Gözləyir. Və Bir Gün Burada Intiharla Başlayan Ölüm Hadisəsi Silsilə Qətllərin Əsasını Qoyur. İstəsələr Belə Kiməsə Ziyan Verə Bilməyəcək Cəhənnəm Sakinlərini Öldürmək Kimə Lazım Idi? Hər Növbəti Qətl Qatilin Meydan Oxuduğunu Açıq-Aydın Göstərir. Qürurlu Prokuror Şəxsən Özü Qatili Dayandırmağı Düşünür.
O, Sonda Qatilə Əl Uzatmaq Istəyir. Qanunla Vicdanı Arasında Qalan Prokuror Loğman Əliyevi Indi Daha Çətin Dilemma Gözləyir: Qatili Qanuna Təhvil Versin Yoxsa Sərbəst Buraxsın? Vicdan Yoxsa Qanun? Teqlər: #Vüsal#Kamil#Soyuq#Cəhənnəm