Qalan Say: 0 ədəd Yazar: Məsudə Cabbar Kitab adı: Oynadığımız Son Oyun Qiymət: günü 20 qəpik
Kitab haqqında:
İçimizdə Dayanmadan Fısıldayan Biri Var. Və Onu Dinləmək Əksər Hallarda Sarsıdıcıdır… Qapalı Qapılar Ardında Bir Ailənin Nələr Yaşadığını Öyrənmək Kimi Öz Içimizdəki Səsə Qulaq Qabartmaq Da Demək Olar Hər Zaman Dəhşət Vericidir. Aynanın Qarşısına Keçib Özünə Diqqətlə Baxmaq Və Həqiqətlərlə Üzləşmək Kimi.Aynada Öz Əksini Izləmək, Əlini Ilk Dəfə Sinəsinin Üzərinə Qoymağı Ağıl Edən Birinin Həmin An Öz Ürək Döyüntüsünü His Etməsi Qədər Ürkütücüdür. Çünki Aynalar, Təkcə Görüntünün Yox, Eyni Zamanda Fikirlərin, Düşüncələrin Də Əksidir. Yaxşı Hiss Edirsənsə Gözəl Görünürsən, Kefin Yoxdursa Dünyada Səndən Çirkini Yoxdur. İçimizdə Dayanmadan Danışan Biri Var… Və Ona Qulaq Asmaq Əksər Hallarda Tük Ürpədicidir… Çünki, O, Qorxu Hissi Ilə Tanış Deyil… Ayıb Nədir Bilməz, Günah Nədir Bilməz, Səhv Nədir Bilməz… O Səs Hər Zaman Oradadır, Eşitmək Istəsək Də Istəməsək Də..
Ölüm Onun Üçün Arzuolunandır, O Cinsiyət Tanımaz, Sevgi Nədir Bilməz..
İçimizdə Dayanmadan Danışan Biri Var..
Şeytan? – Vəsvəsə…Günah…Arsızlıq?..
Yoxsa Beyin? – Ən Kiçik Hərəkətlərimizdən Ən Gizli Arzularımıza Qədər Bizi Idarə Edən Gizli Təşkilat?
Bədənimiz Dayanmadan Rəqs Edən Milyardlarla Hüceyrənin Içində Daşınan Maye Və Kimyəvi Maddələrin Toplamıdır Və Bu Milyardlarla Hüceyrənin Iradəsinin Tamamı Həmin Çəhrayı Kostyumlu Dahinin Əmrlərinə Bağlıdır. Amma Bu Yazıları Oxuyarkən Heyranlıq Duyan Insanlar, Balaca Bir Ayrıntını Unutmamalıdırlar; Dahilər Əksər Hallarda Dəlidir. Teqlər: #Məsudə#Cabbar#Oynadığımız#Son#Oyun